Satılır 2 otaqlı köhnə tikili 55 m², Sahil m.
Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən 2 otaqlı mənzil satışa təqdim olunur. Mənzil köhnə tikili, memarlıq üslublu binanın 5 mərtəbəsinin 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 55 kv.m-dir. Təmirli, əşyalı və kupçalıdır. Mənzil əşyaları ilə birlikdə satılır.
Mənzil şəhərin mərkəzində, olduqca əlverişli və prestijli ərazidə yerləşir. Sahil metrostansiyasına, Azərbaycan kinoteatrına, Fəvvarələr meydanına, Xaqani bağına, Xaqani Ticarət Mərkəzinə, Dənizkənarı bulvara, Sahil bağına və Kukla Teatrına yaxın məsafədədir.
Satış qiyməti 220 000 AZN-dir. Real alıcıya qiymətdə endirim olunacaq.